Vəfat etmiş fiziki şəxsin vergi öhdəlikləri onun varisinin üzərinə düşür
Bakı, 7 sentyabr, AZƏRTAC
Vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyir.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, vəfat etmiş şəxsin varisi olmadıqda və ya varisi tərəfindən miras qəbul edilməməsinə dair notariat kontorlarından, vəfat etmiş şəxsin varisindən alınmış rəsmi məlumat olduqda vergi borclarının silinməsi vergi orqanında yaradılmış komissiyanın qərarı əsasında həyata keçirilir.
Vəfat etmiş şəxsin varisi olduqda və onun əmlakı varisə keçdikdə vəfat etmiş şəxsin vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir. Bu halda vəfat etmiş şəxslərin vergi borcları vərəsəlik əmlakının qəbul edildiyi tarixdəki dəyərinə uyğun olaraq onun əmlakını vərəsəlik qaydasında qəbul etmiş şəxslərdən yazılı qaydada tələb edilməlidir. Vərəsəlik əmlakını qəbul etmiş şəxs vəfat etmiş şəxsin vergi öhdəliklərini yerinə yetirməkdən imtina etdikdə vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əmlakın siyahıya alınması həyata keçirilir və məhkəməyə müraciət edilir.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb