×
A
A
A
Sazlamalar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumatın araşdırılması üçün İşçi Qrup yaradılıb

Bakı, 7 sentyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Quba rayonunun Küsnətqazma kəndinə ayının hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatın araşdırılması üçün İşçi Qrup yaradılıb.
Nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından və həvəskar ovçulardan ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədilə həmin ərazini nəzarətə götürərək zəruri tədbirlər görür.

Ekologiya 2019-09-07 11:39:00