×
A
A
A
Sazlamalar

Qaradağda üçotaqlı ev yanıb

Bakı, 7 sentyabr, AZƏRTAC 

Qaradağ rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə ümumi sahəsi 80 kvadratmetr olan taxta konstruksiyalardan ibarət evdə qeydə alınıb. Nəticədə birmərtəbəli üçotaqlı ev tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2019-09-07 10:40:00