×
A
A
A
Sazlamalar

Asiya ölkələrinin ortaq jurnal və qəzetləri dərc ediləcək

Nur-Sultan, 6 sentyabr, AZƏRTAC

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən Asiya Ölkələri Yazıçılarının I Forumu başa çatıb.
AZƏRTAC xəbər verir ki, forum çərçivəsində Yazıçılar Xiyabanının açılışı olub, bir sıra ölkələrin yazıçılar təşkilatları memorandum imzalayıb, gənc yazarların yaradıcılıq görüşü keçirilib. Bundan başqa, ortaq jurnal və qəzetlərin dərc edilməsinə dair qərar qəbul edilib.
Gələcəkdə forum hər üç ildən bir Asiya ölkələrindən birində keçiriləcək.
Xatırladaq ki, Forumda Azərbaycanı Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev təmsil edib.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Mədəniyyət 2019-09-06 19:48:00