×
A
A
A
Sazlamalar

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlin bilinən Qəbələ sakini saxlanılıb

Bakı, 6 sentyabr, AZƏRTAC 

Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlin bilinən Nic qəsəbə sakini O.Çalabari saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə onun qəsəbə ərazisində usta işlədiyi sexin ətrafına baxış keçirilib və oradan kultivasiya yolu ilə yetişdirdiyi 26 ədəd çətənə kolu və 3 kiloqram 230 qram marixuana götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-09-06 16:44:00