×
A
A
A
Sazlamalar

Banqkokda II Beynəlxalq Tailand Kinofestivalı keçiriləcək

Bakı, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 14-15-də Banqkokda II Beynəlxalq Tailand Kinofestivalı (International Thailand Film Festival, ITFF) keçiriləcək. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu təşkilatçılardan biri Attila Piter Miklosi bildirib. Kinobaxış “Show DC” ticarət mərkəzinin məkanlarından birində təşkil ediləcək.
Miklosi deyib ki, I Beynəlxalq Tailand Kinofestivalı 2018-ci ilin sentyabrında keçirilib. Sonra festivalı ənənəvi etmək qərara alınıb. Bu il tədbirdə dünyanın hər yerindən, o cümlədən Macarıstan, Çin, Polşa, Tailand, Yaponiya, ABŞ, Hindistan, Fransa və Avstraliyadan 39 film təqdim ediləcək. Bir il ərzində festivala 1800 ekran əsəri, o cümlədən qısametrajlı, animasiya və bədii filmlər, habelə musiqili kliplər göndərilib. Seçimi 13 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti edib. Münsiflər heyətinə böyük təcrübəsi olan peşəkarlar dəvət olunub.

Mədəniyyət 2019-09-06 16:35:00