×
A
A
A
Sazlamalar

Rostovlu alim Qafqazda üç yeni heyvan növü aşkar edib

Bakı, 6 sentyabr, AZƏRTAC

Rostovlu bioloq Aleksandr Yevsyukov Böyük Qafqaz silsiləsinin yamaclarında məskunlaşan cütayaqlı, çoxayaqlılarının üç növünü aşkar edib.
AZƏRTAC RİA Novostiyə istinadla xəbər verir ki, bu barədə məlumatı Don Dövlət Texniki Universitetinin mətbuat xidməti yayıb.
Qoşaayaqlı çoxayaqlılar elə bir çoxayaqlılar fəsiləsinə məxsusdur ki, onların mürəkkəb bədənlərində hər biri iki cüt olan ayaqları var. Çoxayaqlılar torpağın yuxarı qatında yaşayır və xəzan, habelə digər ölmüş bitki qalıqları ilə qidalanaraq torpaq əmələgətirmə proseslərində mühüm rol oynayırlar.
Yevsyukov deyib: “Rusiya Elmlər Akademiyasının Ekologiya və Təkamül Problemləri İnstitutunda saxlanılan kolleksiya materiallarını öyrənərkən mən quruluş detalları ilə başqalarından fərqlənən lakin əvvəllər təsvir olunmamış növlər aşkar etdim”. Bioloq skanlayan elektron mikroskopda çoxayaqlıların nümunələrinin müqayisəli təhlilini aparıb. Bu təhlil çoxayaqlıların quruluşunu dəqiqləşdirməyə fərqlərini üzə çıxarmağa imkan verib.
...fəslindən olan yeni növlərdən biri, habelə ...iki növ əvvəllər monotipik hesab edilib. Heyvanlar Gürcüstan, Azərbaycan və Qara dəniz sahillərində yaşayır. Çoxayaqlıların Qafqazdakı növlərinin morfoloji xüsusiyyətləri onları məşhur İran və Avropa formaları ilə yaxınlaşdırır ki, bu da alimlərə Qafqaz Avropa və Asiya faunalarının əlaqələri barədə nəticələr çıxarmasına imkan verir.
Bu qrupun digər nümayəndələri kimi açıq növlər torpağa təbii münbitliyinin dəstəklənməsində mühüm rol oynayır, habelə ətraf mühitin ekoloji vəziyyətinin bioindikatorları rolu oynayır: say və növ tərkibinin hər hansı dəyişmələri ekoloji sistemdə dəyişikliklər və pozulmalardan xəbər verir. Rostovlu bioloqun fikrincə, buna görə də xırda heyvan növlərini yaxından öyrənmək lazımdır.
Yevsyukov əldə etdiyi məlumatları Budapeştdə beynəlxalq Miriapodo.....konqresdə təqdim edib. Yeni heyvan növlərinin təsvir olunduğu elmi məqalə dərc olunandan sonra onların adları zoobanka – sistemli qrupların adlarının zooloji deportaziyasına daxil ediləcək. Yeni heyvan növlərini kəşf etmiş alimin özü adlandıracaq.

Ekologiya 2019-09-06 15:33:00