×
A
A
A
Sazlamalar

Aşura günü 25 şəhər və rayon üzrə 33 yerdə könüllü qanvermə aksiyaları keçiriləcək

Bakı, 6 sentyabr, AZƏRTAC

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə hər il olduğu kimi bu ildə Məhərrəmlik ayının onuncu günü “Aşura günü”ndə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimlər 25 şəhər və rayon üzrə 33 yerdə təşkil olunacaq.
Könüllü qanvermə aksiyasında iştirak etmək arzusunda olan vətəndaşların diqqətinə aksiyanın təşkil olunacağı ünvanları nəzərə çatdırırıq: Bakı şəhəri üzrə: Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas məscidi”, “Sahibəzzaman” məscidi, Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, “İmam Rza” məscidi, Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı”, Suraxanı rayonu “Qaraçuxur” məscidi, Yasamal rayonu “Təzə pir” məscidi, “Hacı Cavad” məscidi və “Hacı Soltanəli” məscidi;
Vətəndaşların istəkləri nəzərə alınaraq, regionlarda da analoji aksiyaların təşkili nəzərdə tutulub. Aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardı: Gəncə şəhəri “İmamzadə kompleksi”, Lənkəran şəhəri “Böyük bazar” məscidi, Mingəçevir şəhəri “Heydər” məscidi, Sumqayıt şəhər “Cümə” məscidi, Şəki şəhəri “İmam Əli” məscidi, Mərkəzi Qan Bankının Şirvan bölməsi, Ağcabədi Mərkəzi Rayon Xəstəxanası, Beyləqan Mərkəzi Rayon Xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə məscidi” (mərasim zalı), Cəlilabad Mərkəzi Rayon Xəstəxanası, Xaçmaz şəhər Məscidi, Ağsu Mərkəzi Rayon Xəstəxanası, Qan Bankının Quba bölgəsi, Masallı şəhər “Cümə” məscidi.
Aksiyalar sentyabrın 10-da səhər 9:00-da başlanacaq.
Səhiyyə Nazirliyi aksiyalarda iştirak edən hər bir şəxsə minnətdarlığını bildirir.

Səhiyyə 2019-09-06 15:27:00