Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan Monqolustanda keçirilən beynəlxalq konfransda təmsil olunub

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycan İnnovasiyalar Agentliyi sentyabrın 2-dən 3-dək Ulanbator şəhərində “Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan və açıq dənizə çıxışı olmayan az inkişaf etmiş ölkələr üçün innovasiyalar və texnologiyalar sahəsində potensialın artırılması istiqamətində əməkdaşlığın qurulması” üzrə regionlararası konfransda təmsil olunub.
AZƏRTAC Agentliyin məlumatına istinadla xəbər verir ki, konfrans açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin Beynəlxalq Analitika Mərkəzi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Monqolustan hökuməti ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Konfransın məqsədi sözügedən ölkələrdə innovasiya və texnologiya sahəsində texniki və institusional təcrübə qurmaq, iqtisadi strukturun transformasiyasına dəstək vermək, elmi və texniki məlumatlardan səmərəli istifadə, innovasiya və texnologiyalar sahəsində potensialın artırılması, təcrübə, ideya və başqa mövzuları müzakirə və mübadilə etməkdən ibarət olub.
Tədbirdə Azərbaycanla yanaşı, Əfqanıstan, Nepal, Butan, Burkina Faso, Qırğızıstan, Laos, Tacikistan, Efiopiya, Nigeriya və Monqolustanın əqli mülkiyyət, innovasiya və texnologiya üzrə mütəxəssisləri iştirak ediblər.

İKT 2019-09-06 15:22:00