×
A
A
A
Sazlamalar

“Sülh aylığı” çərçivəsində uşaqların əl işlərindən ibarət sərgi açılıb

Bakı, 6 sentyabr, AZƏRTAC

Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 4 nömrəli filialı ilə birgə “Sülh aylığı” çərçivəsində uşaqların əl işlərindən ibarət “Biz sülhə səs veririk” adlı rəsm sərgisi təşkil edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, açıq havada təşkil olunmuş sərgi sakinlərin marağına səbəb olub. Sərgidə, həmçinin uşaq ədəbiyyatı da nümayiş olunub.

Mədəniyyət 2019-09-06 14:58:00