×
A
A
A
Sazlamalar

Cəlilabad rayonunda zəlzələ olub

Bakı, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 6-da Cəlilabad seysmoloji stansiyasından 14 kilometr cənubda - Cəlilabad rayonunda maqnitudası 3 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:41:04-də qeydə alınıb.
Ocağı 24 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub.

Ekologiya 2019-09-06 14:50:00