×
A
A
A
Sazlamalar

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirak etdikləri komanda-qərargah təlimləri başa çatıb

Bakı, 6 sentyabr, AZƏRTAC

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimlərinin bağlanış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Tədbirdə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib.
Qonaqlar təlimin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda hər üç ölkə nümayəndələri bir-birlərinə hədiyyələr təqdim ediblər.

Ordu 2019-09-06 14:16:00