×
A
A
A
Sazlamalar

Yasamal rayonu ərazisindəki bankların birinə saxta əskinas təqdim edən şəxs saxlanılıb

Bakı, 6 sentyabr, AZƏRTAC 

Sentyabrın 5-də Yasamal rayonu ərazisindəki bankların birinə 200 avroluq saxta əskinas təqdim edən şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini F.Muqbilov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-09-06 13:15:00