×
A
A
A
Sazlamalar

Niki Minaj karyerasının başa çatdığını elan edib

Bakı, 6 sentyabr, AZƏRTAC

Populyar Amerika müğənnisi və rep ifaçısı Niki Minaj musiqi karyerasının başa çatdığını elan edib. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, 36 yaşlı müğənni müvafiq bəyanatını sentyabrın 5-də “Twitter” səhifəsində yerləşdirib.
Əsl adı Onika Tanya Maraj olan müğənni bildirib ki, karyerasından ailə həyatına görə imtina edir. O yazıb: “Mən çıxıb getməyi və özümü ailəmə həsr etməyi qərara aldım. Uşaqlar, bilirəm ki, siz bundan çox məmnun qalacaqsınız”. TMZ internet portalı yazır ki, birmənalı olmayan bu sözlər, çox güman, müğənninin bədxahlarına ünvanlanıb.
Minaj dörd tamformatlı studiya albomu buraxıb. O, “Sevimli rep/hip-hop-artist” və “Sevimli rep/hip-hop-albom” nominasiyalarında ABŞ-ın ən nüfuzlu mükafatlarından birinin – “American Music Awards”ın laureatı olub. Bir neçə dəfə öz mahnılarına kliplərə görə “MTV Video Music Awards” mükafatına layiq görülüb, 10 dəfə “Grammy” mükafatına namizəd irəli sürülüb.

 

Mədəniyyət 2019-09-06 13:07:00