×
A
A
A
Sazlamalar

“Sülh aylığı” çərçivəsində “Dünyaya sülh lazımdır” adlı tədbir təşkil edilib

Bakı, 6 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında “Sülh aylığı” çərçivəsində “Dünyaya sülh lazımdır” adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTA-a bildirilib ki, tədbirdə Beynəlxalq Sülh Günü ilə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir məfhumdur. Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildə qəbul edilmiş qətnaməsi ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. 1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində "Peace one day"i yaradıb. Onun əsas cəhd etdiyi hədəf heç olmasa ildə bircə gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısının alınması, atəşkəs idi.
Vurğulanıb ki, 21 sentyabr nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də bu gün bütün planet insanları üçün çox vacibdir.

Mədəniyyət 2019-09-06 12:40:00