×
A
A
A
Sazlamalar

Binə qəsəbə Mədəniyyət Mərkəzi “Uşaqlıq illəri” tədbirində iştirak edib

Bakı, 6 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binə qəsəbə Mədəniyyət Mərkəzinin “Odlar Yurdu” rəqs qrupu Binə qəsəbəsində yerləşən “Fatimə” uşaq bağçasında keçirilən “Uşaqlıq illəri” tədbirində çıxış edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə bir-birindən maraqlı rəqslər körpələrin sevincinə səbəb olub. Mərkəzin bədii rəhbəri Gülxanım Abbasova uşaqlarla maraqlı əyləncəli oyunlar keçirib.
Sonda tədbirdə iştirak edən qonaqların valideynləri və müəllim heyəti Binə qəsəbə Mədəniyyət Mərkəzinin rəhbərliyinə təşəkkür ediblər.

Mədəniyyət 2019-09-06 12:05:00