×
A
A
A
Sazlamalar

Mədəniyyət sülhə səsləyir...

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində “Sülh aylığı” çərçivəsində “Mədəniyyət sülhə səsləyir” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Sülh Günü münasibətilə reallaşan tədbir Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi ilə birgə təşkil olunub.
Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova və Azərbaycan Dövlət Teatr Muzeyinin elmi katibi Rəna Mahmudova çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.
Natiqlər Beynəlxalq Sülh Gününün əhəmiyyətindən danışıb, “Azərbaycan mədəniyyətində sülh” mövzusunda çıxış ediblər.
Tədbir çərçivəsində görkəmli bəstəkar Cövdət Hacıyevin “Sülh uğrunda” simfonik poemasından, Firəngiz Əlizadənin “İntizar” operasından videogörüntülər nümayiş olunub.

 

Mədəniyyət 2019-09-06 11:51:00