×
A
A
A
Sazlamalar

Böyrək transplantasiyası barədə tədris videosu hazırlanıb

Bakı, 6 sentyabr, AZƏRTAC

Böyrək transplantasiyası ilə əlaqədar tədris videosu hazırlanıb.
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, videomaterialda cərrah-uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi ilə mərkəzin “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində həyata keçirilən böyrəkköçürmə əməliyyatı mərhələli şəkildə təsvir olunur. Tədris videosu artıq beynəlxalq səviyyəli konfransda təqdim edilib və mütəxəssislərin xeyli müsbət rəyini alıb.
Cərrah-uroloq bu barədə verdiyi müsahibədə deyib: “Böyrək transplantasiyası ən mürəkkəb əməliyyatlardan biridir. Həmin əməliyyatla əlaqədar çoxsaylı sualları və marağı nəzərə alaraq videoçarx hazırlamaq qərarına gəldik. Video xüsusilə transplantoloqlar, dializ həkimləri, nefroloqlar, eləcə də böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkənlər üçün olduqca əhəmiyyətli tədris vasitəsidir. Videoçarxı izləyən hər kəs əməliyyata hazırlıq, resipiyent və donorun hazırlanması, əməliyyat prosesi və gözlənilən uğurlu nəticələrlə əlaqədar aydın məlumatlar əldə edir”.

Səhiyyə 2019-09-06 11:13:00