×
A
A
A
Sazlamalar

“YARAT”da növbəti performans - “Şəffaf: Dərin rəng kimi”

Bakı, 6 sentyabr, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Mərkəzində musiqiçi, bəstəkar və prodüser Diana Hacıyevanın “Şəffaf: Dərin rəng kimi” adlı performansı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu performans rəssam Zadi Çanın “Maqohalmi övladı və yaradılış sədası” fərdi sərgisi çərçivəsində reallaşıb.
Bu performansa yarı improvizə edilmiş bir saatlıq musiqili çıxış daxil olub. Çıxışda akustik baraban, iri elektron baraban, immersiv gitara rifləri, genişhəcmli elektron ped alətinin səsləri və məlahətli vokal tədricən şaman mahnılarına keçid alıb.

Mədəniyyət 2019-09-06 09:58:00