×
A
A
A
Sazlamalar

Timur Əsgərov “Karmen-süita” baletində Xozenin partiyasını ifa edəcək

Bakı, 6 sentyabr, AZƏRTAC

Noyabrın 28-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində Jorj Bize və Rodion Şedrinin “Karmen-süita” birpərdəli baleti nümayiş etdiriləcək.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, baletdə Xozenin partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.
Səhnə əsərinin dünya premyerası 1967-ci ildə Moskvada Rusiya Dövlət Akademik Böyük Teatrında olub. Balet Mariya Teatrında ilk dəfə 2010-cu ildə nümayiş etdirilib.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Teatrın truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Mədəniyyət 2019-09-06 06:19:00