×
A
A
A
Sazlamalar

Avtomobildə gizlədilən papiroslar aşkarlanıb

Bakı, 5 sentyabr, AZƏRTAC

Avtomobildə gizlədilən papiroslar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-21113” markalı avtomobilə gömrük baxışı keçirilib. Nəticədə nəqliyyat vasitəsinin ön sol qapısının örtüyünün arxasındakı boşluqlarda, gömrük nəzarətindən gizlədilən 2500 ədəd “Belomorkanal” markalı papiros aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-09-05 20:59:00