×
A
A
A
Sazlamalar

Paytaxtda evdən külli miqdarda pul, qızıl-zinət əşyaları oğurlanıb

Bakı, 5 sentyabr, AZƏRTAC 

Paytaxtın Nizami rayonu ərazisindəki evlərin birindən 7000 ABŞ dolları, 15000 manat dəyərində qızıl-zinət əşyaları və 2 televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əliyev Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla onun Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.

Hadisə 2019-09-05 20:19:00