×
A
A
A
Sazlamalar

Kürdəmirdə avtoyuma məntəqəsindən “Hyundai” markalı avtomobil qaçırılıb

Bakı, 5 sentyabr, AZƏRTAC 

Sentyabrın 4-də Kürdəmir Rayon Polis Şöbəsinə müraciət edən Xırdapay kənd sakini F.Kərimov həmin gün saat 9 radələrində şəhər ərazisində yerləşən avtoyuma məntəqəsindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsinin işçisi A.Abdullayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.

Hadisə 2019-09-05 20:02:00