×
A
A
A
Sazlamalar

Xəzər rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib

Bakı, 5 sentyabr, AZƏRTAC 

Xəzər rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın ikinci mərtəbəsində ümumi sahəsi 80 kvadratmetr olan 3 otaqlı mənzilin 1 otağı yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2019-09-05 19:39:00