×
A
A
A
Sazlamalar

Zərdab pambıqçıları məhsul yığımını davam etdirir

Zərdab, 5 sentyabr, AZƏRTAC

Son günlər hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq Zərdab rayonunda pambıq yığımı davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda bütün qüvvələr ağır zəhmət bahasına yetişdirilən məhsulun tez və itkisiz yığılmasına səfərbər edilib. Builki mövsümdə bölgədə 2264 hektar sahədə pambıq yetişdirilib. Qısa vaxtda 75 tona yaxın “ağ qızıl” toplanıb. Hər gün sahələrə 300 nəfərədək işçi qüvvəsi çıxır. Daha çox pambıq əkilən Bəyimli qəsəbə, Körpükənd, İsaqbağı, Şahhüseynli və bir sıra digər ərazi dairələrində məhsul yığımı daha mütəşəkkil aparılır.
Qeyd edək ki, builki məhsulun 60 faizinin pambıqyığan maşınlarla toplanacağı nəzərdə tutulub. Bu məqsədlə 5 ədəd maşın hazır vəziyyətdədir.

Kənd təsərrüfatı 2019-09-05 19:37:00