×
A
A
A
Sazlamalar

Temperaturun artması ilə əlaqədar heyvanlar yenə də yaşayış yerlərini dəyişmək məcburiyyətində olacaqlar

Bakı, 5 sentyabr, AZƏRTAC

İqlim dəyişmələri səbəbindən heyvanlar da miqrasiya etməyə məcbur olurlar. Vaşinqton Universitetindən olan alimlər fauna nümayəndələrinin planetdə ehtimal edilən məskunlaşma yollarını göstərən animasiyalı xəritə tərtib ediblər.
AZƏRTAC bu barədə xarici ölkə KİV-lərinə istinadla xəbər verir.
Heyvanların miqrasiyası ən müxtəlif növlərin təkamülü prosesində əmələ gəlib, bu proses indi də davam edir. İqlim modellərini nəzərdən keçirən amerikalı alimlər proqnozlaşdırırlar ki, havanın temperaturunun artması ilə heyvanlar yenə də yaşayış yerlərini tərk etmək məcburiyyətində olacaqlar.
Elmi tədqiqat 2013-cü ildən aparılıb. Vaşinqton Universitetindən olan bioloqların əvvəlcə hazırladıqları tədqiqatda iqlim dəyişmələri səbəbindən təxminən 3000 növün ehtimal edilən yerdəyişmələri nəzərdən keçirilib. Eyni zamanda, yaxın onilliklər və yüzilliklərdə onların miqrasiyası üçün sahələr müəyyən edilib. Daha sonra bunun əsasında Şimali və Cənubi Amerikaya miqrasiya istiqamətini əyani surətdə nümayiş etdirən animasiyalı xəritə hazırlanıb. Bu iş “The Nature Conservancy” təbiəti mühafizə təşkilatının ekoloqları ilə birgə aparılıb.

Ekologiya 2019-09-05 19:03:00