Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tbilisidən Azərbaycanla sərhədə qədər olan avtomobil yolunda “ağıllı kameralar” quraşdırılıb

Tbilisi, 5 sentyabr, AZƏRTAC

Gürcüstan Daxili İşlər Nazirliyi paytaxt Tbilisidən Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə qədər olan avtomobil yolunda “ağıllı kameralar” quraşdırıb.
AZƏRTAC xəbər verir ki, bu kameralar magistral yolda avtomobilin müəyyən olunan sürət həddini aşmasını avtomatik müəyyən edir və videocərimə tətbiq edir.
Magistralda sürət həddini müəyyən edən “smart kameralar” Kvemo Kartli bölgəsində 4 lokasiyada yerləşdirilib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Nəqliyyat 2019-09-05 18:32:00