×
A
A
A
Sazlamalar

Kitabxanada “Danışan əlfəcinlər” adlı aksiyaya başlanılıb

Bakı, 5 sentyabr, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Danışan əlfəcinlər” adlı aksiyaya başlanılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, aksiyanın keçirilməsində əsas məqsəd mütaliəyə dəstək olmaqla uşaq və yeniyetmələrin kitaba olan marağını artırmaq, onların özlərini ifadə etmə bacarıqlarının inkişafını təmin etməkdən ibarətdir.
Aksiyada iştirak edən uşaq və yeniyetmələr “Danışan əlfəcinlər”in köməyi ilə oxuduqları kitablar haqqında yaranmış təəssüratlarına əsasən həmin kitabları öz həmyaşıdlarına tövsiyə edirlər.
Qeyd edək ki, aksiya oxucuların dünyagörüşü, maraqlarının formalaşmasına müsbət təsir etməklə ilboyu davam edəcək.

Mədəniyyət 2019-09-05 18:43:00