×
A
A
A
Sazlamalar

Səkkiz ayda qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi 10 milyard manatı ötüb

Bakı, 5 sentyabr, AZƏRTAC

Bakı Fond Birjasında (BFB) bu ilin səkkiz ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 10 milyard 22 milyon 897 min 272 manat təşkil edib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, 2018-ci ilin müvafiq dövrü üzrə əməliyyatların həcmi 9 milyard 643 milyon 471 min 293 manat olub. Nəticə olaraq, hesabat dövründə qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmində ötən ilin səkkiz ayına nəzərən 4 faiz artım qeydə alınıb.
Avqust ayına Bakı Fond Birjasının kapitalizasiyası 3 milyard 373 milyon 630 min 765,59 manat təşkil edib. Ümumilikdə, birjanın kapitalizasiyası keçən aya nisbətən 0,04 faiz artıb.
Hesabat dövründə dövlət qiymətli kağızları 8 milyard 531 milyon 919 min 868 manat, korporativ qiymətli kağızlar 746 milyon 683 min 838 manat, repo əməliyyatları 744 milyon 293 min 566 manat təşkil edib.

Maliyyə 2019-09-05 18:23:00