×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev BP-nin Direktorlar Şurasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 5 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də BP-nin Direktorlar Şurasının sədri Helqe Lundun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə BP arasında uzun illər ərzində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, neft və qaz sənayesinin inkişafının Azərbaycan iqtisadiyyatının şaxələndirilməsindəki rolu vurğulandı, Bakıda və regionlarda böyük infrastruktur layihələrinin reallaşdırıldığının önəmi qeyd edildi.
Sonuncu dəfə 2014-cü ildə Azərbaycana səfər etdiyini deyən BP-nin Direktorlar Şurasının sədri Helqe Lund ötən dövr ərzində Bakıda gedən böyük inkişaf proseslərinin şahidi olduğunu dedi. Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 25 illiyinin qeyd ediləcəyini vurğulayan qonaq bu layihənin Azərbaycanın inkişafındakı rolunu xüsusi qeyd etdi.
Söhbət zamanı Xəzərin Azərbaycan sektorunda əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Rəsmi xronika 2019-09-05 17:52:00

Video