Türkiyədə İmadəddin Nəsiminin “İraq Divanı” oxuculara təqdim olunub
Mədəniyyət Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində professor Qəzənfər Paşayevin tərtibçisi olduğu “İmadəddin Nəsimi. İraq Divanı” kitabı Türkiyə türkcəsində çap olunaraq oxuculara təqdim edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Zəngin Yayınçılıq” nəşriyyatı tərəfindən 2000 ədəd tirajla çap olunan “İraq Divanı” Türkiyədə fəaliyyət göstərən əsas təhsil müəssisələrinin kitabxanalarına hədiyyə olunub. “İraq Divanı”nı Türkiyə türkcəsinə tanınmış yazar Yurtsevən Şən çevirib.
“İmadəddin Nəsimi. İraq Divanı” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli Sərəncamına əsasən hazırlanmış “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”nın icrası məqsədilə çap olunub.
“İmadəddin Nəsimi. İraq Divanı” “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə çap olunan sayca 42-ci kitabdır.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir