×
A
A
A
Sazlamalar

"Muğam dünyasına səyahət" layihəsi bu dəfə Suraxanı sakinlərinə təqdim ediləcək

Bakı, 5 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayında baş tutacaq.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin (BMM) təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə gerçəkləşəcək tədbir 18 sentyabr - Milli Musiqi Gününə həsr olunacaq.
Muğam dolu gecədə gənc xanəndələrin ifasında muğam dəstgahları, təsnif və xalq mahnıları səsləndiriləcək.
Qeyd edək ki, iyul ayından başlanan layihə ilin sonunadək davam edəcək. Konsertlər BMM-in solistləri, muğam müsabiqələrinin laureatlarının iştirakı ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mədəniyyət Mərkəzlərində reallaşacaq.

 

Mədəniyyət 2019-09-05 17:12:00