×
A
A
A
Sazlamalar

Guitar.com ötən ilin ən yaxşı akustik gitarasının adını açıqlayıb

Bakı, 5 sentyabr, AZƏRTAC

2018-ci ildə bizim çox gitaralarda ifa etmək imkanımız oldu, amma bu kateqoriya üzrə rəy bildirmək zamanı yetişəndə yalnız bir model qalib oldu.
AZƏRTAC xəbər verir ki, bu barədə dünyanın ən məşhur saytlarından biri olan Guitar.com yazıb.
“Səsin gurluğu, təmizliyi, davamlı olması, vibrasiya verən harmonik səslər... Bütün bu xüsusiyyətlər dünyanın akustik alətlərinin fərqləndirici bir möhürüdür. Ancaq “Taylor K14ce” intonasiya (intonation) və dəqiq kökləməni təmin edərək səsyazmaya geniş imkanlar açır”, - guitar.com belə yazıb.
Bu altı simli aləti yoxlamadan keçirdikdən sonra guitar.com, onun növbəti illərdə də öz yerini qoruyub saxlaya biləcəyini qeyd edib.

Mədəniyyət 2019-09-05 16:54:00