×
A
A
A
Sazlamalar

Hüquqi şəxslər bir neçə fəaliyyət növü ilə məşğul ola bilərlər

Bakı, 5 sentyabr, AZƏRTAC

Hüquqi şəxs yaradaraq iki müxtəlif istiqamətdə - həm hüquqi xidmətlər, həm də ticarət sektorunda fəaliyyət göstərmək mümkündür?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bir neçə fəaliyyət növü üzrə məşğul olmaq üçün ölkə qanunvericiliyində hər hansı bir məhdudiyyət nəzərdə tutulmayıb.
Bunun üçün uçot zamanı müvafiq fəaliyyət növləri və uyğun olaraq mükəlləfiyyət seçilməlidir.

Maliyyə 2019-09-05 16:27:00