×
A
A
A
Sazlamalar

Azərbaycan və Yaponiya arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb

Bakı, 5 sentyabr, AZƏRTAC 

Sentyabrın 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiya Xarici İşlər nazirinin müavini Kenci Yamada ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Yaponiya arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud vəziyyət ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin tərəflər arasında əməkdaşlığın perspektivləri də müzakirə edilib.

Ekologiya 2019-09-05 16:04:00