×
A
A
A
Sazlamalar

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsdə 1,8 kiloqramdan çox heroin aşkarlanıb

Bakı, 5 sentyabr, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxsə qarşı uğurlu əməliyyat tədbiri keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ş.Əliyev saxlanılıb. Axtarış zamanı onda 1,8 kiloqramdan çox çəkidə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-09-05 15:56:00