×
A
A
A
Sazlamalar

Qəsdən adam öldürməkdə şübhəli bilinən Daşkəsən rayon sakini könüllü olaraq polisə təslim olub

Bakı, 5 sentyabr, AZƏRTAC 

Sentyabrın 3-də Binəqədi rayonundakı kafelərin birindən Saatlı rayon sakini Əflan İsgəndərovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Aparılmış istintaq, əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş T.İsmayılov könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə gələrək istintaqa təslim olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-09-05 15:30:00