×
A
A
A
Sazlamalar

Gənc Tamaşaçılar Teatrı sentyabr repertuarını açıqlayıb

Bakı, 5 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu ay maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gələcək.
AZƏRTAC xəbər verir ki, sənət ocağı sentyabrın 21-də yeni mövsümü “Qızıl balıq” tamaşasının premyerası ilə açacaq. Həmin gün axşam “Leyli və Məcnun” tamaşaçıların ixtiyarına veriləcək. Bundan başqa, sentyabrın 22-də “Bremen musiqiçiləri” (rus dilində) və “Varislər” (ilk tamaşa) 27-də isə “Cəza”( kiçik səhnədə) tamaşası göstəriləcək.
Teatrsevərlər sentyabrın 28-də “Şirinlər” və “Tanrıya on dörd məktub”, 29-da isə “Tıq-tıq xanım”, və “Şeyx Sənan”a baxa biləcəklər.
Biletləri şəhərin bütün konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

 

Teatr və kino 2019-09-05 14:53:00