×
A
A
A
Sazlamalar

Serbiyada “Most” beynəlxalq kinofestivalı başlayıb

Bakı, 5 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də Serbiyanın cənubunda yerləşən Vrana şəhərində “Most” beynəlxalq kinofestivalı start götürüb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, açılış zamanı festivalın rəhbəri Militsa Yaniç qonaqlara bütün ilboyu gördükləri işlər barəsində məlumat verib və onları rejissorların yaradıcılığı ilə tanış edib.
Festival Miroslav Frakşanın çəkdiyi “Divünatsima” ekran əsəri ilə başlanıb. Film 1916-cı ildə serblər və bolqarlar arasında gedən döyüşlərdən bəhs edir.
Sonra bir-birinin ardınca Nenad Ristiçin “Deyana”, “Qraf Vronskonun ölümü və ulduzu: Serb qambiti” filmləri nümayiş olunub.
Üç gün davam edəcək festivalda Azərbaycan, Əlcəzair, Boliviya, Almaniya, Hindistan, Kamerun, Şimali Makedoniya, Nigeriya, Pakistan, Xorvatiya və Serbiyadan olan kinorejissorların əsərləri nümayiş olunacaq.

Teatr və kino 2019-09-05 12:10:00