×
A
A
A
Sazlamalar

Paytaxtın bəzi küçələrində rənglənmə işləri aparılacaq

Bakı, 4 sentyabr, AZƏRTAC

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün saat 22:00-dan başlayaraq səhər saatlarınadək paytaxtın Səbail rayonunun Əziz Əliyev küçəsində və Yasamal rayonu ərazisindəki Əsəd Əhmədov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülərdən sözügedən küçələrdə müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-09-04 18:43:00