×
A
A
A
Sazlamalar

“Qərbi Abşeron” yatağında daha bir quyunun tikintisi işləri yekunlaşıb

Bakı, 4 sentyabr, AZƏRTAC

Kompleks qazma və quyu xidmətləri göstərən SOCAR AQŞ bu günlərdə “Qərbi Abşeron” yatağı 10 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 815 metr olan 65 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, keyfiyyətlə və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.
AQŞ-dən AZƏRTAC-a bildirilib ki, müəssisə, eyni zamanda, 10 saylı özüldən layihə dərinliyi 780 metr olan 18 nömrəli quyuda qazma işlərinə start verib. 18 nömrəli quyunun Qırmaki altı Lay Dəsti (QAD) horizontuna qazılması planlaşdırılır.
Qeyd edək ki, müəssisə 10 saylı stasionar dəniz özülündə yeni nəsil qazma avadanlığı olan “Drilmec HH 300” vasitəsilə quyuların qazılmasını həyata keçirir. SOCAR AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.
Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

 

Neft - qaz 2019-09-04 11:17:00