×
A
A
A
Sazlamalar

Bərdədə 3015 hektar sahədə təkrar əkin aparılıb

Bərdə, 4 sentyabr, AZƏRTAC

Bərdə rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər. Rayonda məhsul yığımı ilə yanaşı kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə mülkiyyətçilər 3015 hektar sahədə təkrar əkin aparıblar. Təkrar əkinlərin 1407 hektarı kələm, 357 hektarı yerkökü, 206 hektarı lobya, 215 hektarı xiyar, 68 hektarı pomidor, 98 hektarı badımcan, 405 hektarı qarğıdalıdır.
Bundan başqa payızlıq əkinləri üçün 4475 hektar sahədə şum qaldırılıb. Hazırda rayonda məhsul yığımı, bəzi kənd təsərrüfatı bitkilərinin becərilməsi, pambıq yığımına və növbəti təsərrüfat ilinə hazırlıq işləri davam etdirilir.

 

Kənd təsərrüfatı 2019-09-04 11:00:00