×
A
A
A
Sazlamalar

Son 3 ayda Bakı Avtovağzalından 1 milyondan çox sərnişin daşınıb

Bakı, 3 sentyabr, AZƏRTAC

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həm şəhərlərarası, həm də beynəlxalq istiqamətlərdə yay mövsümü ilə əlaqədar artım müşahidə olunub.
Avtovağzal Kompleksindən AZƏRTAC-a bildirilib ki, son 3 ay ərzində ümumilikdə 38 min 89 reyslə 1 milyon 14 min 748 sərnişinin avtovağzaldan gedişi təmin olunub. Bunlardan 92 min 916-sı beynəlxalq reyslərdən yararlanıb. Beynəlxalq istiqamətlərdə İstanbul, Marneuli, Tbilisi və Batumi, şəhərlərarası istiqamətlərdə isə Gəncə, Qırmızı Körpü, Quba, Mingəçevir, Qusar, Şəki şəhərlərinə səfər edənlər üstünlük təşkil edib.
Məlumat üçün qeyd edək ki, mövsümlə əlaqədar olaraq Batumi istiqamətində sonuncu reys sentyabrın 4-də yola düşəcək.

Nəqliyyat 2019-09-03 16:13:00