Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Binəqədi ərazisindəki Natəvan küçəsində kanalizasiya kollektorunda qəza baş verib

Bakı, 3 sentyabr, AZƏRTAC

Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Natəvan küçəsində (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus kanalizasiya kollektorunda qəza baş verib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Nəticədə yolun həmin hissəsində asfalt-beton örtükdə dağılmalar və çökmə qeydə alınıb.
Baş vermiş qəzanın aradan qaldırılması üçün “Azərsu”nun əməkdaşları tərəfindən ərazidə qazıntı-bərpa işləri aparılır. Sürücülərdən qeyd olunan ünvanda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-09-03 16:03:00