×
A
A
A
Sazlamalar

Xocalı soyqırımına həsr olunan şeirlər toplusu Türkiyədə nəşr olunub

Ankara, 3 sentyabr, AZƏRTAC

Türkiyənin tanınmış şair və yazıçısı Nilufər Açılan Yıldızın qələmə aldığı Xocalı soyqırımına həsr olunan “Aybəniz” şeirlər toplusu nəşr olunub. İzmir şəhərində fəaliyyət göstərən “Temren” yayınları tərəfindən çapa hazırlanan əsər Xocalı soyqırımı nəticəsində itkin düşən günahsız azərbaycanlılara ithaf olunub.
AZƏRTAC xəbər verir ki, N.Yıldız kitabdakı şeirləri azərbaycanlı şairə Aybəniz Qafarlının Xocalı soyqırımı barədə ona çatdırdığı məlumatlardan təsirlənərək qələmə alıb.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Qan yaddaşı 2019-09-03 16:00:00