Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Opera və Balet Teatrının sentyabr repertuarı açıqlanıb

Bakı, 3 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı sentyabrda maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağı mövsümü sentyabrın 19-da “Koroğlu” operası ilə açıq elan edəcək. Bundan başqa, teatrda sentyabrın 21-də “Bohema”, 22-də “Nəsimi”, 25-də isə “O olmasın bu olsun” (Gəncə) nümayiş olunacaq. Həmçinin sentyabrın 28-də “Jizel”, 29-da “Leyli və Məcnun” teatrsevərlərin ixtiyarına veriləcək.
Biletləri satış kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Teatr və kino 2019-09-03 13:58:00