×
A
A
A
Sazlamalar

® “Kapital Bank” fərqli konsepsiyalı “Lökbatan” şöbəsini təqdim edib

“Kapital Bank” kiçik və orta sahibkarlarla işin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Məhz sözügedən istiqamətlə həyata keçirilən layihə çərçivəsində yeni şöbə müştərilərə təqdim edilib. Binə Ticarət Mərkəzində yerləşən “Lökbatan” şöbəsində xüsusi ilə kiçik və orta sahibkarlar, eyni zamanda, fərdi şəxslər üçün bir çox bank əməliyyatları əlçatan olacaq.

“Lökbatan” şöbəsində sahibkar müştərilərə hesablaşma-kassa əməliyyatları, əməkhaqqı layihələri, əmanətlər, biznes və sahibkar kartları, valyuta mübadiləsi, POS ilə inteqrasiya olunmuş Smart kassaların quraşdırılması kimi xidmətlərlə yanaşı, maliyyə əlçatanlığının asanlaşdırılması məqsədilə bir sıra digər məhsullar təqdim ediləcək.
“Son zamanlar “Kapital Bank” kiçik və orta sahibkarlara xüsusi diqqət ayırır və hətta bunun üçün bankda geniş miqyaslı layihəyə start verilib. Layihə çərçivəsində müştərilərə yeni məhsulların təqdim edilməsi, xidmət səviyyəsinin yaxşılaşdırılması, satış kanalları və satış nöqtələrinin artırılması, rəqəmsal transformasiya və bu kimi digər təşəbbüslər yer alır. “Lökbatan” şöbəsinin açılması da bu layihənin satış və xidmət nöqtələrinin artırılması təşəbbüsü çərçivəsində həyata keçirilib. Yeni şöbənin açılışı ilə sahibkarların işləri asanlaşacaq və bank əməliyyatları üçün vaxt itirib, şəhər mərkəzinə gəlmələrinə ehtiyac qalmayacaq”, - deyə “Kapital Bank”ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə bildirib.
Qeyd edək ki, “Kapital Bank” 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. “Lökbatan şöbəsi” “Kapital Bank”ın kiçik və orta sahibkarlar eləcə də korporativ müştərilər üçün xüsusi xidmət bölməsi olan sayca 7-ci, xüsusi satış bölməsi olan isə sayca 5-ci struktur bölməsidir. Bundan əlavə, cari il ərzində Bakı və region üzrə 5 filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 3 yeni struktur bölmə (şöbə və filiallar) istifadəyə verilib. Eyni zamanda, transformasiya layihəsinin davamı olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün isə saytın “Biznes üçün” bölməsinə, “196” Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Maliyyə 2019-09-03 11:18:00