Masallıda icbari tibbi sığorta sisteminə həsr olunan maarifləndirmə tədbiri keçiriləcək
Bakı, 3 sentyabr, AZƏRTAC
Sentyabrın 6-da Masallı rayonunda “Sağlamlığa xidmət” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İlkin səhiyyə xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin icbari tibbi sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçiriləcək.
Birliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin məqsədi rayon əhalisini və ilkin səhiyyə xidməti əməkdaşlarını, o cümlədən tibb işçilərini icbari tibbi sığorta sistemi barədə məlumatlandırmaqdır.
Səyyar maarifləndirmə zamanı işçi qruplar əhalini maraqlandıran sualları cavablandırmaqla yanaşı, onların icbari tibbi sığorta sisteminə münasibəti də öyrəniləcək, rayon sakinləri və tibb işçilərinin iştirakı ilə ictimai müzakirələr aparılacaq.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar