×
A
A
A
Sazlamalar

Neft və qazçıxarma idarələrinin 2020-ci il büdcələrinə dair müzakirələr aparılıb

Bakı, 3 sentyabr, AZƏRTAC

“Azneft” İstehsalat Birliyində “28 May” və N.Nərimanov adına neft və qazçıxarma idarələrinin (NQÇİ) 2020-ci ili əhatə edən büdcələrinə dair müzakirələr aparılıb.
İB-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə bu il görülən işlər və qarşıda duran hədəflərlə bağlı qısa təqdimatlar keçirilib. Birliyin Baş direktoru Daşqın İskəndərov deyib ki, minimum xərc, maksimum nəticə prinsipi əsas hədəf olmalıdır.
Onun sözlərinə görə, əməyin mühafizəsi, texniki təhlükəsiz qaydalarına ən yüksək səviyyədə əməl etmək, eyni zamanda illik hasilat planını tam olaraq yerinə yetirmək hər zaman prioritet olaraq qalır.
Müzakirələr zamanı verilən təkliflər nəzərdən keçirilib, gələn il üçün hədəflər müəyyənləşdirilib.

Neft - qaz 2019-09-03 10:34:00