×
A
A
A
Sazlamalar

Bu ərazilərdə qaz təchizatı dayandırılacaq

Bakı, 3 sentyabr, AZƏRTAC

Sentyabrın 3-də ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı saat 11:00-dan 12:00-dək Binə kəndində, saat 12:00-dan 13:00-dək Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun ərazisi və saat 14:00-dan 16:00-dək Hövsan qəsəbəsi və kəndində qaz təchizatı dayandırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

Neft - qaz 2019-09-03 10:28:00